...

Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 18 İyun 2019 01:19 (UTC +04:00)
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub
Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər. Nazirlər Astana və Soçi razılaşmalarına sadiq olduqlarını bildiriblər.

Bundan əlavə, H.Akar və S.Şoyqu ilk növbədə İdlib olmaqla regionda sülh, sabitlik və barışın təmin edilməsi üçün atılmalı addımları müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti