...

Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı

Dünya xəbərləri Materials 25 İyun 2019 13:29 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxslər Pakistan, Əfqanıstan, Banqladeş və bir sıra Şimali Afrika ölkələri vətəndaşları olub.

Saxlanılan miqrantlar arasında 14 qadın və 15 uşaq da var. Onların Türkiyədən deportasiya olunacaqları bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti