...

Suriyada Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqəsi atəşə tutulub

Dünya xəbərləri Materials 28 İyun 2019 02:47 (UTC +04:00)
Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub
Suriyada Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqəsi atəşə tutulub

Bakı. Trend:

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, hücum nəticəsində bir Türk əsgəri öldürülüb, 3 nəfəri isə yaralanıb.

Hadisə yerindən təxliyyə edildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Türk Silahlı Qüvvələrinin Baş Qərargahına Rusiyanın Ankaradakı attaşesi çağırılıb. Qeyd olunub ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti