...

İspaniyada anomal istilər 4 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 3 İyul 2019 03:18 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada son bir neçə gün ərzində anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, El-Kuervoda 66 yaşlı kişi, Kordovada 17 yaşlı gənc, Valyadoliddə 93 yaşlı kişi və La-Rioxada 90 yaşlı qadın günvurmadan ölüblər.

Bildirilir ki, İspaniyada anomal istilər ötən həftə başlayıb. Bəzi yerlərdə havanın temperaturu 43 dərəcə istiyə qədər çatıb.

Xəbər lenti

Xəbər lenti