...

İstanbulda Suriya üzrə növbəti dördtərəfli sammit keçiriləcək

Dünya xəbərləri Materials 5 İyul 2019 08:12 (UTC +04:00)
Avqustda yaxud sentyabrda İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə ikinci sammiti keçiriləcək
İstanbulda Suriya üzrə növbəti dördtərəfli sammit keçiriləcək

Bakı. Trend:

Avqustda yaxud sentyabrda İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə ikinci sammiti keçiriləcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

"Keçən il oktyabrında İstanbulda ilk belə görüş keçirilib. İkinci görüşü də İstanbulda keçirməyi planlaşdırırıq. Avqustun sonunda yaxud sentyabrın əvvəlində, BMT-nin Baş Assambleyasına qədər" - Kalın jurnalistlərə bildirib.

İbrahim Kalının sözlərinə görə, sammitdə hərtərəfli təhlükəsizlik məsələləri, ilk növbədə, Suriyadakı vəziyyət müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti