...

Türkiyədə 60 yaşlı qadın güllələnib

Dünya xəbərləri Materials 6 İyul 2019 18:48 (UTC +04:00)
Türkiyədə, Amasyanın Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı yaşadığı evdə qətlə yetirilib
Türkiyədə 60 yaşlı qadın güllələnib

Bakı. Trend:

Türkiyədə, Amasyanın Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı yaşadığı evdə qətlə yetirilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

Məlumatda qeyd olunur ki, A. Məmmədli güllələnib. Qeyd olunur ki, A.Məmmədli kirayə yaşadığı evin sahibi tərəfindən öldürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti