Gürcüstanın “Rustavi 2” televiziya kanalı müvəqqəti olaraq yayımı dayandırıb.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, buna səbəb Georgiya Qabuniyanın müəllifi olduğu “P.S.” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsinə etiraz edən yüzlərlə yerli sakinin telekanalın binası qarşısında toplaşması və narazılıqlarını bildirməsi olub.
Aksiya iştirakçıları proqramın aparıcısı Giorgi Qabunianın işdən qovulmasını tələb ediblər.
“Telekanalın təhlükəsizliyi təmin olunana qədər yayımın dayandırılması qərarı verilib”, - deyə telekanalın baş direktoru Nika Qvaramiya canlı yayımda bildirib.
Daha öncə, “Rustavi 2” televiziya kanalı aparıcı Qiorgi Qabuniyanın qalmaqal yaradan monoloquna görə tamaşaçılardan üzr istəyib.
Qeyd edək ki, G.Qabuniyanın çıxışını Gürcüstanın hökumət rəsmiləri tərəfindən dövlət əleyhinə təxribat kimi qiymətləndirilib.