...

ABŞ-ın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

Dünya xəbərləri Materials 11 İyul 2019 03:18 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki yeni səfiri David Satterfild Ankaraya gəlib
ABŞ-ın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

Bakı. Trend:

ABŞ-ın Türkiyədəki yeni səfiri David Satterfild Ankaraya gəlib.

Trend-in məlumatına görə, hava limanında D.Satterfildi ABŞ-ın Türkiyədə müvəqqəti işlər vəkili Cefri M. Xovenye qarşılayıb.

ABŞ səfirliyinin rəsmi Twitter səhifəsində bu barədə yazılıb: "ABŞ-ın Türkiyədəki səfiri təyin olunmuş David Satterfildin bu gün Ankaraya gəldiyini elan etməkdən məmnuniyyət duyuruq. Türkiyəyə xoş gəlmisiz!".

Qeyd edək ki, D.Satterfild əvvəllər Yaxın Şərqdə, Fars Körfəzində, Livanda və İraqda işləmişdir.

2013-2014-cü illərdə o ABŞ-ın Misirdəki səfirliyində məsləhətçi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti