...

Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq

Dünya xəbərləri Materials 17 İyul 2019 03:26 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib
Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib.

Trend-in məlumatına görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasıdır.

"Və indi biz Türkiyə deyirik...Biz sizə F-35 təyyarələrini satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək." - Tramp deyib.

Tramp S-400 məsələsinə görə Obamanı günahlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti