...

Sinqapurda ağcaqanad çoxalıb, dengedən ölənlərin sayı da - 9 nəfər

Dünya xəbərləri Materials 9 Avqust 2019 11:01 (UTC +04:00)

Bakı. Trend:

Sinqapurda ilin əvvəlindən denge qızdırmasından ölənlərin sayı 9 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölkənin ətraf mühit üzrə Milli Agentliyi bu göstəricinin ölkə tarixində rekord dərəcədə olduğunu bəyan edib.

Ümumlikdə isə ölkədə təxminən 9 mindən çox bu virusa yoluxma halı qeydə alınıb.

Məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Xəstəliklə bağlı ölüm faktlarının ayrı-ayrı rayonlarda qeydə alındığı bildirilir.

Xəstəliyin geniş vüsət almasının səbəbi kimi bu virusun əsas yayıcısı olan "Aedes aegypti" ağcaqanadlarının çoxalmsı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti