...

Atambayevin iqamətgahına xüsusi əməliyyat olub - 1 ölü, 52 yaralı var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Avqust 2019 09:17 (UTC +04:00)
Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb.
Atambayevin iqamətgahına xüsusi əməliyyat olub - 1 ölü, 52 yaralı var (YENİLƏNİB)

Bakı. Trend:

Qırğızıstanın eks prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti