...

Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 11 Avqust 2019 12:35 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, V. Putin qeyd edib ki, müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərlidir.

Rusiyanın dövlət başçısı: “Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti