...

Hakerlər Avropa Mərkəzi Bankının saytına kiberhücum edib

Dünya xəbərləri Materials 15 Avqust 2019 23:00 (UTC +04:00)
Naməlum şəxslər Avropa Mərkəzi Bankının veb saytına kiberhücum həyata keçirib
Hakerlər Avropa Mərkəzi Bankının saytına kiberhücum edib

Bakı. Trend:

Naməlum şəxslər Avropa Mərkəzi Bankının veb saytına kiberhücum həyata keçirib.

Trend-in məlumatına görə, hücum nəticəsində elektron ünvanlar, adlar və istifadəçilərin vəzifələri haqqında məlumatlar oğurlanıb.

Bankdan bildirilib ki, ümumilikdə hücuma 481 abunəçi məruz qalıb. Hakerlər parolları oğurlaya bilməyiblər.

Naməlum şəxslərin daxil olması texniki işlər zamanı aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti