...

Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 23 Avqust 2019 01:21 (UTC +04:00)
Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub
Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumata əsasən, yük maşınının hərəkətin qarşı istiqəmətinə çıxaraq sərnişin avtobusuna çırpılıb.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması və ya yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti