...

Ukrayna Ali Radasının iclasında bir sıra nazirlər təyin olunub

Dünya xəbərləri Materials 29 Avqust 2019 22:10 (UTC +04:00)
Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında bir sıra nazirlər təyin olunub
Ukrayna Ali Radasının iclasında bir sıra nazirlər təyin olunub

Bakı. Trend:

Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında bir sıra nazirlər təyin olunub.

Trend xəbər verir ki, deputatların səsverməsi nəticəsində Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunublar. Onların hər üçü yüksək səs çoxluğu ilə bu vəzifələrə etimad qazanıb.

Qeyd edək ki, Ali Radanın ilk iclasında Ukraynanın yeni Baş Nazirini, spikerini, vitse-spikerlərini də seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti