Bakı. Trend:
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin Damar vilayətində Ənsar Allah (husilər) üsyançılara məxsus hərbi obyekti məhv edib.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı xəbər verib.
Bildirilir ki, hərbi obyektdə pilotsuz uçuş aparatları da yerləşirilib.
Məlumata əsasən, dronlardan əlavə bazada hava hücumundan müdafiə sistemləri üçün raketlər də saxlanılıb. Xəsarət alanlar barədə məlumat verilməyib.