...

Kaliforniya sahillərində yanan gəmidə ölənlərin sayı 8-ə çatıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2019 07:15 (UTC +04:00)
ABŞ-ın Santa-Krus adası sahillərində (Kaliforniya ştatı) "Conception" gəmisində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb
Kaliforniya sahillərində yanan gəmidə ölənlərin sayı 8-ə çatıb

Bakı. Trend:

ABŞ-ın Santa-Krus adası sahillərində (Kaliforniya ştatı) "Conception" gəmisində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, gəminin yanıb batması nəticəsində ölənlərin sayı 8 nəfər çatıb.

Gəmidə yanğın başlayan zaman 34 sərnişin və 5 heyət üzvü olub. Heyət üzvləri xilas ola biliblər.

Xəbər lenti

Xəbər lenti