...

Peruda Ubinas vulkanının kraterində partlayış qeydə alınıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2019 04:04 (UTC +04:00)
Perunun Geofizika İnstitutu Ubinas vulkanının kraterində partlayış qeydə alıb
Peruda Ubinas vulkanının kraterində partlayış qeydə alınıb

Bakı. Trend:

Perunun Geofizika İnstitutu Ubinas vulkanının kraterində partlayış qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə İnstitutun "Twitter" səhifəsində məlumat yayılıb.

İnstitutdan verilən məlumata görə, partlayış nəticəsində cənub və cənub-şərq istiqamətlərində 1,3 km hündürlüyündə kül sütunu atılıb.

Qeyd edilir ki, yeni partlayışların baş verməsi və külün atılması istisna edilmir.

Ubinas vulkanının kraterində sonuncu dəfə partlayış bu ilin 22 iyulunda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti