...

Yaponiyada tayfun səbəbindən 103 aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 12:42 (UTC +04:00)
Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar
Yaponiyada tayfun səbəbindən 103 aviareys təxirə salınıb

Bakı. Trend:

Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, "JR" dəmiryolu şirkətidə öz növbəsində Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.

Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.

Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.

Qeyd edək ki, "Faksay" bu il Sakit okeanda formalaşan 15-ci tayfundur. Onun episentrində küləyin sürəti saniyədə 40 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti