...

Azərbaycan, Hindistan, İran... indi də Türkiyə "silkələndi" - Əhali təşvişə düşdü

Dünya xəbərləri Materials 9 Sentyabr 2019 16:01 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərqindəki Van vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 12:56-da qeydə alınıb.

Zəlzələnin episentri Yerin 21 kilometr dərinliyində olub.

Hadisə nəticəsində xəsarət alanlar olmasa da, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Masallıda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bundan başqa, İranın Qərbi Azərbaycan vilayətində 4 bal, Kəşmirdə isə 4,9 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti