...

Xorvatiyada zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 Sentyabr 2019 04:29 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiyada 3 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Xorvatiyanın paytaxtı Zaqrebdən təxminən 70 kilometr aralıda yerləşən Koprovnitsı şəhərindən 14 kilometr aralıda yerləşib.

Bildirilir ki, zəlzələ Koprovnitsıda və ətraf ərazilərdə də hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti