Bakı. Trend:
Efiopiya hakimiyyəti İŞİD və Əl-Şabab təşkilatlarının bir qrup silahlısını həbs edib.
Trend-in məlumatına görə, həmin silahlılar böyük terror hücumları hazırlayırdılar.
Bildirilir ki, bu qrup mehmanxanalara, Əddis-Əbəbədəki bir sıra ərazilərə hücumlar hazırlayırdı, həmçinin dini bayramlar keçirilən məkanlarda terror aktları planlaşdırırdı.
Həbslər həm paytaxtda, həm də ölkənin cənubunda həyata keçirilib. Həbs olunanların sayı açıqlanmır. Əməliyyatlar Cibuti Hökuməti ilə razılaşdırılmış şəkildə aparılır.