...

Türkiyədə miqrantları aparan avtobus qəzaya uğradı - 6 ölü

Dünya xəbərləri Materials 24 Sentyabr 2019 15:19 (UTC +04:00)

Bakı. Trend:.

Türkiyənin cənubundakı Hatay vilayətində miqrantları aparan avtobus hərbi maşınla toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Yaralılar arasında iki hərbçinin də olduğu deyilir.

Qeyd olunur ki, avtobus Türkiyədən deportasiya olunan miqrantları aparırmış.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti