Bakı. Trend:
Fransa, İngiltərə və Almaniyanın Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumların arxasında İranın dayandığı barədə açıqlaması son dərəcə məsuliyyətsizdir.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Qeyd edək ki, üç gün əvvəl üç Avropa ölkəsi tərəfindən edilən ortaq bəyanatı Məhəmməd Cavad Zərif belə şərh edib: "Bu həyatımda eşitdiyim ən məsuliyyətsiz bəyanatdır".