...

Çində yol qəzası nəticəsində insanlar xəsarət alıblar, ölənlər var

Dünya xəbərləri Materials 29 Sentyabr 2019 04:04 (UTC +04:00)
Çinin şərqindəki Jiangsu əyalətinin Yixing şəhərində yüksək sürətli yolda avtobusun iştirakı ilə baş verən böyük qəzada ən azından 36 nəfər ölüb, və daha 36 nəfər xəsarət alıb
Çində yol qəzası nəticəsində  insanlar xəsarət alıblar, ölənlər var

Bakı. Trend:

Çinin şərqindəki Jiangsu əyalətinin Yixing şəhərində yüksək sürətli yolda avtobusun iştirakı ilə baş verən böyük qəzada ən azından 36 nəfər ölüb, və daha 36 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə bazar günü yerli hüquq-mühafizə orqanları məlumat yayıb. İçərisində 69 sərnişini olan şimal marşrut avtobusu bir anda qarşıdakı zolağa çıxaraq yük maşınına çırpılıb.

Qurbanların hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb, onlardan doqquzunun vəziyyəti ağırdır. Hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisə avtobusun ön təkərinin partlaması nəticəsində baş verib. İstintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti