...

Hindistanın şimalında güclü yağışlar səbəbindən 70 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Sentyabr 2019 11:20 (UTC +04:00)
Son dörd gün ərzində Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub
Hindistanın şimalında güclü yağışlar səbəbindən 70 nəfər ölüb

Bakı. Trend:

Son dörd gün ərzində Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Hadisə nəticəsində ən azı 73 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə "NDTV" bildirib.

Məlumata əsasən, təkcə son gündə ştatın şərq hissəsində 102,2 mm-dən 84,2 mm-dək yağış yağıb. Bu da ilin bu vaxtı üçün normadan dəfələrlə artıqdır.

Güclü yağışlar qonşu Bihar, Racasthan və Uttarakhand vilayətlərinə də təsir göstərib. Şimali Hindistanın bir neçə bölgəsində bütün məktəblər sentyabrın 30-dək bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti