...

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb

Dünya xəbərləri Materials 4 Oktyabr 2019 00:45 (UTC +04:00)
ABŞ-ın Miçiqan ştatında yüngül tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb və daha üç nəfər isə ağır yaralanıb
ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb

Bakı, Trend:

ABŞ-ın Miçiqan ştatında yüngül tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb və daha üç nəfər isə ağır yaralanıb.

Trend-in məlumatına görə, cümə axşamı səhər Miçiqan inzibati mərkəzinin şimalında təyyarədə olan iki pilot və dörd sərnişin qəzaya uğrayıblar.

Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi idarəsi hadisənin araşdırılmasına başlayıblar.

Qeyd edək ki, bu Lansing şəhərində baş verən ən ölümcül qəza kimi tarixə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti