...

Qandinin kremasiya olunmuş külünü oğurladılar

Dünya xəbərləri Materials 4 Oktyabr 2019 09:42 (UTC +04:00)
Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin kremasiya olunmuş külü məqbərəsindən oğurlanıb.
Qandinin kremasiya olunmuş külünü oğurladılar

Trend-i buradan izləyin

Bakı. Trend:

Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin kremasiya olunmuş külü məqbərəsindən oğurlanıb.

Trend-in məlumatına görə, insident M.Qandinin 150 illik yubileyinin qeyd olunması zamanı baş verib. Bildirilir ki, məqbərəyə liderin ruhu qarşısında təzim etmək üçün gələn yerli şura başçısı Qurmit Sinqx oğurluq faktını aşkarlayıb. Vandallar külü götürdükdən sonra məqbərənin divarlarına "millətin satqını" sözlərini də yazıblar.

Qeyd edək ki, M.Qandi 1948-ci ilin yanvarında qətlə yetirildikdən sonra meyiti kremasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti