...

Tramp: PKK İŞİD-dən daha artıq təhlükə kəsb edir

Dünya xəbərləri Materials 17 Oktyabr 2019 04:33 (UTC +04:00)
PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir
Tramp: PKK İŞİD-dən daha artıq təhlükə kəsb edir

Bakı. Trend:

PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib.

D.Tramp bildirib: "Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK, terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq".

ABŞ prezidenti əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər".

D.Tramp qeyd edib ki, onlar bizim tərəfdə döyüşüblər, lakin biz buna görə onlara külli miqdarda pul vermişik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti