...

İran 64 batalyonun iştirakı ilə hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2019 18:50 (UTC +04:00)
İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində oktyabrın 31-i və noyabrın 1-də Bəsic (Basij) qüvvələrinin 64 batalyonunun iştirakı ilə hərbi təlimlər keçiriləcək.
İran 64 batalyonun iştirakı ilə hərbi təlimlər keçirəcək

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində oktyabrın 31-i və noyabrın 1-də Bəsic (Basij) qüvvələrinin 64 batalyonunun iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandan əvəzi Allahverdi Dadaşzadə deyib.

A.Dadaşzadənin sözlərinə görə, hərbi təlimlər müdafiə, təhlükəsizlik və xilasetmə istiqamətində keçiriləcək.

Rəsmi əlavə edib ki, qüvvələrin döyüş qabiliyyətinin əks etdirilməsi və artırılması hərbi təlimlərin əsas məqsədlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti