...

İstanbulda iri terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2019 15:46 (UTC +04:00)
İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb
İstanbulda iri terror aktının qarşısı alınıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.

Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib.

Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti