...

Sxiphol hava limanında pilot səhvən həyəcan düyməsini basıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Noyabr 2019 01:22 (UTC +04:00)

Bakı. Trend:

Niderlandın Sxiphol hava limanında təyyarənin pilotu səhvən həyəcan düyməsini basıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Twitter"də təyyarənin məxsus olduğu "Air Europa" aviaşirkəti xəbər verib.

Aviaşirkətin məlumatında deyilir: "Amsterdam və Madrid arasında uçuş edən təyyarənin göyərtəsində hava limanında qaçırma hadisəsi ilə əlaqədar protokol üzrə əməliyyatı işə salan həyəcan düyməsi səhvən basılıb. Heç bir şey baş verməyib, bütün sərnişinlər yola düşmələrini gözləyirlər. Baş verənlərdən təəssüflənirik."

XXX

00:14

Niderlandın Sxiphol hava limanında fövqəladə vəziyyət elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının qorunması üzrə hərbi polis məlumat verib.

Bunun səbəbi hələki bilinmir. Hərbi polisin sözlərinə görə, söhbət "təyyarələrdən birinin göyərtəsində şübhəli vəziyyətdən" gedir.

Hadisə yerinə bir neçə yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti