...

Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

Dünya xəbərləri Materials 9 Noyabr 2019 03:34 (UTC +04:00)
Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib
Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

Bakı. Trend:

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Nazir müavini Yunus Emre Karaosmanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffrinin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında görüş keçirilib.

Görüşdə 17 oktyabrda ABŞ-la imzalanan sazişə dair məsələlər müzakirə edilib.

Nümayəndə heyətlərinin görüşündən sonra Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti