...

Avstraliyada baş verən yanğın nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 9 Noyabr 2019 08:14 (UTC +04:00)
Avstraliyanın şimal-şərqində baş verən geniş əhatəli meşə yanğınlarında ən az iki nəfər ölüb
Avstraliyada baş verən yanğın nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Avstraliyanın şimal-şərqində baş verən geniş əhatəli meşə yanğınlarında ən az iki nəfər ölüb, daha 7 nəfər itkin düşmüş hesab edilir.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti bildirib.

Məlumatda bildirilir: "Ştatda 81 meşə yanğınları qeydə alınıb, 43 yanğın lokallaşdırılmamış qalır. Yanğınlar nəticəsində iki nəfər ölüb, daha yeddi nəfər itkin düşmüş hesab edilir".

Ən azı 100 yaşayış binası və bir sıra sənaye və inzibati binalar, o cümlədən ümumtəhsil məktəbinin yanğın nəticəsində məhv edildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl 30-dan çox insanın yaralandığı, 3 nəfərin isə itkin düşdüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti