...

Suriyanın Hələb şəhəri atəşə tutulub: 5 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Noyabr 2019 23:09 (UTC +04:00)
Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Suriyanın Hələb şəhəri atəşə tutulub: 5 nəfər ölüb

Bakı. Trend:

Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 30-dan çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə məhkəmə tibbi ekpertizasında yerli mənbə bildirib.

Daha əvvəl "Sham FM" radiosu 3 nəfərin ölməsi və bir neçə nəfərin yaralanması barədə məlumat verib.

Bildirilir ki, Hələbin bir neçə rayonunun terrorçular tərəfindən atəşə tutulması nəticəsində qadın və uşaq da daxil olmaqla 5 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hələbin qərbindəki ərazilər - Aazamiya və Salah-Din, eləcə də şəhər mərkəzindəki Cəmiliya rayonu atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti