...

Tunisdə yol qəzasında 22 turist ölüb

Dünya xəbərləri Materials 1 Dekabr 2019 20:13 (UTC +04:00)
Tunisdə turist dolu avtobus qəzaya uğrayıb - 22 nəfər ölüb, 21 nəfər yaralanıb
Tunisdə yol qəzasında 22 turist ölüb

Bakı. Trend:

Tunisdə turist dolu avtobus qəzaya uğrayıb - 22 nəfər ölüb, 21 nəfər yaralanıb.

Trend-in məlumatına görə, avtobus yol kənarındakı küvetə yuvarlanıb. Avtobusda 43 nəfər olub, onlardan 22-si ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Avtobusun Tunisin paytaxtından səyahət etdiyi, özəl turizm agentliklərindən birinə məxsus olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti