Bakı. Trend:
Çexiyanın şimal-şərqindəki Ostrava şəhərində xəstəxanaların birində naməlum şəxs atəş açıb.
Trend-in məlumatına görə, atəş nəticəsində 4 nəfər həlak olub.
Daha iki nəfər isə ağır yaralanıb. Atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.
Hazırda polis həmin şəxsin axtarışlarını aparır. Digər təfərrüatlar məlum deyil.