...

Humanitar təşkilatın 4 üzvü öldürülüb

Dünya xəbərləri Materials 14 Dekabr 2019 07:21 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb
Humanitar təşkilatın 4 üzvü öldürülüb

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyilir: "Aclığa qarşı hərəkat" qəti şəkildə bu dörd qətli qınayır və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən təəssüflənir".

Qeyd edək ki, cari ilin iyul ayında Nigeriyanın Borno ştatında naməlum şəxslər "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının avtomobil karvanına hücum edib. Silahlı hücum nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə girov götürülüb. Girov götürənlər arasında humanitar təşkilatın 1 üzvü, iki sürücü və ölkənin Səhiyyə Nazirliyinin 3 əməkdaşı olub. Sentyabr ayında girovlardan birinin öldürüldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti