...

Filippində 6,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 15 Dekabr 2019 12:11 (UTC +04:00)

Bakı. Trend:

Filippində 6,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 06:11-də qeydə alınıb. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti