...

Sarkisyanın axtarışda olan qardaşı oğlu Ermənistana gətirildi

Dünya xəbərləri Materials 21 Dekabr 2019 13:00 (UTC +04:00)
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana gətirilib
Sarkisyanın axtarışda olan qardaşı oğlu Ermənistana gətirildi

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana gətirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi.

O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

Xatırladaq ki, N.Sarksiyan bir müddət əvvəl Praqada saxta Qvetamala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti