...

İngiltərənin cənubunda bıçaqla hücum nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 22 Dekabr 2019 21:56 (UTC +04:00)
Qərbi Sasseks qraflığının Kroli şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb
İngiltərənin cənubunda bıçaqla hücum nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Qərbi Sasseks qraflığının Kroli şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Trend-in məlumatına görə, hücum edənin qurbanları ilə tanışlığı olub. Hadisə yerinə 10-a yaxın polis və bir neçə təcili yardım maşını gəlib.

İnsidentin terrorla əlaqəsi haqqında heç bir məlumat yoxdur. Lakin polis baş verənləri ciddi qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti