...

“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub

Dünya xəbərləri Materials 27 Dekabr 2019 12:25 (UTC +04:00)
“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub.
“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub.

Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, “Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib.

Açıqlamada dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların “Biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq. Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik” - ifadələri qeyd olunub.

Qeyd edək ki, Türkiyə “Sülh Çeşməsi” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti