...

Koalisiya Suriya və İraqda 1359 dinc sakinin ölümünə səbəb olduğunu etiraf edib

Dünya xəbərləri Materials 3 Yanvar 2020 02:25 (UTC +04:00)
2014-cü ilin avqust ayından ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qüvvələrinin Suriya və İraqda zərbələri nəticəsində 1359 dinc sakin həlak olub
Koalisiya Suriya və İraqda 1359 dinc sakinin ölümünə səbəb olduğunu etiraf edib

Bakı. Trend:

2014-cü ilin avqust ayından ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qüvvələrinin Suriya və İraqda zərbələri nəticəsində 1359 dinc sakin həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "2014-cü ilin avqust ayından 2019-cu ilin noyabr ayının sonuna qədər koalisiya 34725 zərbə endirib. Bu dövrdə, mövcud məlumatlara və komandanlığın qiymətləndirməsinə əsasən, zərbələr nəticəsində 1359 dinc sakin həlak olub".

Qeyd edilir ki, əməliyyatın keçirildiyi müddət ərzində 7,7 milyon insanın yaşadığı 110 min kvadrat kilometr ərazi İŞİD terrorçularından azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti