...

Ərdoğanla Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 15 Yanvar 2020 20:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, Liviyadakı mövcud vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.

Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Liviya ilə bağlı danışıqlar keçirilib. Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar, Tripoli hökuməti Fayez Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti