...

Konqonun şərqində 12 silahlı məhv edilib

Dünya xəbərləri Materials 21 Yanvar 2020 01:25 (UTC +04:00)
Konqo Demokratik Respublikasının şərqində hərbçilər və "May-May" qruplaşmasının silahlıları arasında toqquşmalar baş verib
Konqonun şərqində 12 silahlı məhv edilib

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şərqində hərbçilər və "May-May" qruplaşmasının silahlıları arasında toqquşmalar baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı toqquşmalar zamanı qruplaşmanın 12 üzvü hərbçilər tərəfindən məhv edilib.

Bildirilir ki, silahlılar İturi əyalətinin Coqo və Linda yaşayış məntəqələrinə hücum ediblər, lakin orada olan ordu bölmələri hücumların qarşısı alıblar.

Qeyd edilir ki, hərbçilər qruplaşmanın üzvlərinin silah-sursatlarını da ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti