...

Meksikada bara hücum zamanı iki nəfər öldürülüb

Dünya xəbərləri Materials 2 Fevral 2020 02:31 (UTC +04:00)
2019-cu ildə Meksikada ən az 35,5 min qəsdən adam öldürmə hadisəsi baş verib
Meksikada bara hücum zamanı iki nəfər öldürülüb

Bakı. Trend:

Meksikanın Kuernavka şəhərindəki “Antalya” barına silahlı hücum zamanı iki nəfər öldürülüb, on nəfər yaralanıb.

Trend-in məlumatına görə, silahlılar əyləncə müəssisəsinə yaxınlaşaraq içəridəki insanlara atəş açıblar və hadisə yerindən uzaqlaşıblar. Arasında 3 qadın olmaqla, yaralanan və xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Milli İctimai Təhlükəsizlik Sisteminin İcra Katibliyinin məlumatına görə, 2019-cu ildə Meksikada ən az 35,5 min qəsdən adam öldürmə hadisəsi baş verib ki, bu da federal səviyyədə qeydə alındıqları müddət ərzində rekord təşkil edib. 18 dekabr 2019-cu ildə ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi Naziri Alfonso Duraso hökumətin cinayətkarlıqla mübarizədə məqsədlərinə çatmadığını etiraf edib. Prezident Andres Manuel Lopez Obrador yanvarın 15-də hakimiyyətin bu ilin 1 dekabrına qədər cinayətlərin azaldılmasına nail olacağına söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti