...

Ərdoğan və Putin İdlibdə türk hərbiçilərinin atəşə məruz qalmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 4 Fevral 2020 01:47 (UTC +04:00)
Ankara Suriyada analoji hücumlar zamanı özünün müdafiə hüququndan istifadə edəcək
Ərdoğan və Putin İdlibdə türk hərbiçilərinin atəşə məruz qalmasını müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Suriya ordusunun İdlib bölgəsində türk hərbiçilərinin atəşə tutulması hadisəsini müzakirə edib.

Trend-in məlumatına görə, R.T.Ərdoğan vurğulayıb ki, Suriyada türk əsgərlərinin atəşə məruz qalması Yaxın Şərq respublikasında sülhün qurulması üzrə birgə səyləri pozur. Türkiyə lideri bildirib ki, Ankara Suriyada analoji hücumlar zamanı özünün müdafiə hüququndan istifadə edəcək.

Məlumatda iki ölkə prezidentlərinin ikitərəfli münasibətləri və Liviyadakı vəziyyəti də müzakirə etdikləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti