...

"Disney"i 175 milyon dollar itki gözləyir

Dünya xəbərləri Materials 5 Fevral 2020 07:32 (UTC +04:00)
Şirkət ABŞ-dakı "Disneylendin" gəlirlərinin azalmasını proqnozlaşdırmır
"Disney"i 175 milyon dollar itki gözləyir

Bakı. Trend:

ABŞ-ın "The Walt Disney Company" şirkəti "2019-nCoV" virusu ilə bağlı zərərin 175 milyon dollar olacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Disney"in maliyyə direktoru Kristin Makkarti 2020-ci ilin ilk rübünün hesabatında bildirib.

Məlumata görə, Şanxaydakı "Disneyland" istirahət və əyləncə parkının müvəqqəti bağlanması 135 milyon dollar, Honkongdakı oxşar parkının işinin dayandırılması isə daha 40 milyon dollar itki ilə nəticələnməsi gözlənilir.

Şirkət ABŞ-dakı "Disneylendin" gəlirlərinin azalmasını proqnozlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti