...

Tailandda 20 nəfəri qətlə yetirən cinayətkar zərərsizləşdirilib

Dünya xəbərləri Materials 9 Fevral 2020 06:26 (UTC +04:00)
Tailandin Nakhonratçasima şəhərində 20 nəfəri qətlə yetirən silahlı əsgər zərərsizləşdirilib
Tailandda 20 nəfəri qətlə yetirən cinayətkar zərərsizləşdirilib

Bakı. Trend:

Tailandin Nakhonratçasima şəhərində 20 nəfəri qətlə yetirən silahlı əsgər zərərsizləşdirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə polisindən bildiriblər.

Məlumata əsasən, cinayətkarın zərərsizləşdirilməsi üzrə əməliyyata Tailandın quru qoşunlarının baş komandanı və baş polis idarəsinin rəisi rəhbərlik ediblər.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Cinayətkar "Terminal-21" ticarət mərkəzinə daxil olub və orada da insanlara atəş açıb. Daha sonra cinayətkar ticarət mərkəzinin ərazisində gizlənib.

Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri ilk əməliyyat uğursuz olub. Nəticədə cinayətkar 1 xüsusi təyinatlını güllələyib, daha ikisini isə yaralayıb.

Cinayətkar ümumilkdə 20 nəfəri qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti