...

Ərdoğan: Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirəcək

Dünya xəbərləri Materials 12 Fevral 2020 13:03 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriya hökuməti tərəfindən növbəti təxribat təqdirində Suriya ordusunun mövqelərinə zərbələr endirəcək
Ərdoğan: Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriya hökuməti tərəfindən növbəti təxribat təqdirində Suriya ordusunun mövqelərinə zərbələr endirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Türkiyə Suriya rejiminin təxribatlarına göz yummaq niyyətində deyil. Onun sözlərinə görə, Türkiyə Suriya hökumətinin Soçi razılaşmalarına əməl etməsi üçün hər şeyi edəcək.

R.T.Ərdoğan əlavə edib ki, bu müddət ərzində İdlibdə 15 türk hərbçisi həlak olub, 45 nəfəri isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti